NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib

29-08-2024, 12:53           
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Avqustun 26-da Rusiyanın kütləvi hücumlarından sonra çağırılan Ukrayna-NATO Şurasının iclası zamanı alyansın müttəfiqləri Ukraynanın müdafiəsini daha da gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Rusiyanın son hücumlarından sonra müttəfiqlər bu gün Ukraynaya hərbi yardımlarını artırdıqlarını təsdiqləyiblər. Biz Ukraynanı Rusiyanın işğalından müdafiə etmək üçün onları lazım olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik. Bu, Ukraynanın döyüşməyə davam etməsini təmin etmək üçün çox vacibdir”, – o deyib.

Qeyd olunur ki, görüşdə Ukraynanın müdafiə naziri Rüstəm Umerov mövcud təhlükəsizlik vəziyyəti və Ukraynanın prioritet ehtiyacları barədə danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru