Fransada misli görülməmiş fırıldaqçılıq

29-08-2024, 17:54           
Fransada misli görülməmiş fırıldaqçılıq
Fransız fırıldaqçılar dələduzluq etmək üçün mərhum aktyor Alen Delonun süni intellekt vasitəsilə yaradılmış videosundan istifadə etməyə başlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Fransa sosial şəbəkə hesablarında insanları fişinq proqramına keçməyə sövq edən saxta video peyda olub.

"Əgər bu videoya baxırsınızsa, mən artıq ölmüşəm. Pullarımın bir hissəsini bütün fransızlara vermək qərarına gəldim. Onlayn kazinomda qalib gələ bilməsəniz, sizə 100 min avro verəcəyəm", - aktyorun süni intellekt ilə yaradılmış surəti videoda deyib.

Videoçarx "Google"un "Google Play" tətbiq mağazasını təqlid edən saxta vebsayta keçməyə təşviq edir. Orada istifadəçilərə onun qızı Anuşka Delon tərəfindən hazırlandığı iddia edilən "Delon's Casino" adlı proqramı yükləmək təklif olunur. "Le Figaro" qeyd edir ki, proqram endirildikdə pul oğurlamaq məqsədilə istifadəçinin bank kartı rekvizitlərini və şəxsi məlumatlarını qeydiyyata alır.

Xatırladaq ki, Delon avqustun 18-də 89 yaşında Orlean yaxınlığında yerləşən malikanəsində vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru