İsrail 7 oktyabr hücumunda iştirak edən HƏMAS militantının öldürüldüyünü açıqlayıb

4-09-2024, 10:54           
İsrail 7 oktyabr hücumunda iştirak edən HƏMAS militantının öldürüldüyünü açıqlayıb
İsrail ordusunun çərşənbə axşamı bildirdiyinə görə, keçən ilin oktyabrında İsrailə qarşı hücumda iştirak edən və geniş izlənən bir videoda onun qumbara hücumu zamanı ataları ölən iki yaralı uşağın gözü qarşısında sodalı işki içdiyi göstərilən HƏMAS militantı öldürülüb.

İsrail Müdafiə Qüvvələri həmin militantın Əhməd Fozi Vadiyə olduğunu və oktyabr hücumu zamanı onun Netiv Ha-Asara ərazisinə paraşutla endiyinii bildirib.

İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, Vadiyə şənbə günü Qəzza şəhərinə hava hücumunda öldürülən səkkiz militant arasında olub.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Britaniya hökumətinin Qəzzada istifadəsinə dair narahatlıqlar səbəbilə İsrailə silah ixracatının bir hissəsini dayandıracağını elan etməsindən bir gün sonra, çərşənbə axşamı deyib ki, İsrail Britaniyadan silah alsa da, almasa da HƏMAS-a qarşı müharibədə qalib gələcək.

"Britaniyanın İsrailin, özünü barbarlığa qarşı müdafiə edən bir demokratiyanın yanında olmaq əvəzinə, yanlış qərarı HƏMAS-ı cəsarətləndirəcək", Netanyahunun ofisi bildirib.

Britaniyanın xarici işlər naziri David Lemmi deyib ki, bəzi silahların "beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında" istifadə oluna biləcəyinə dair "açıq risk" var.

Britaniyanın müdafiə naziri Con Heyli çərşənbə axşamı Times Radiosu-na İsrailə 350 silah ixracı lisenziyasından 30-nun ixracının dayandırılması "İsrailin təhlükəsizliyinə əhəmiyyətli təsir göstərməyəcək" deyib.

Netanyahu Qəzzada hələ də militantlar tərəfindən saxlanılan girovları evlərinə qaytarmaq üçün HƏMAS-la atəşkəsə razılıq vermək çağırışları ilə bir neçə gündür davam edən etirazlardan sonra ölkə daxilində də təzyiqlərlə üzləşir.

Bazar günü Qəzzanın cənubunda öldürülən 6 girovun cəsədinin aşkar edilməsi xəbərindən sonra yüz minlərlə israilli küçələrə çıxıb.

Bazar ertəsi televiziya ilə keçirilən mətbuat konfransında Netanyahu öldürülən girovları xilas edə bilmədiyi üçün üzr istəyib.

"Onları sağ qaytarmadığım üçün sizdən məni bağışlanmanızı istəyirəm. Biz yaxın idik, amma bacara bilmədik. HƏMAS bunun çox ağır bədəlini ödəyəcək" - deyə, o bildirib.

Bazar ertəsi axşam saatlarında minlərlə nümayişçi Netanyahunun Qüdsün mərkəzindəki şəxsi evinin qarşısına toplaşaraq, "Razılaşma. İndi!" şüarı səsləndirib.

İsrailin ən böyük həmkarlar ittifaqı və bizneslərinin müharibənin 11 aya yaxınlaşdığı bir vaxt Qəzza zolağında döyüşləri dayandırmaq üçün hökumətin HƏMAS-la atəşkəs razılaşması əldə etməsinə təsir göstərmək üçün bazar ertəsi keçirdiyi tətil nəticəsində İsraildə bir sıra bizneslər, müəssisələr, xəstəxanalar, mağazalar və ölkənin əsas hava limanı işini dayandırıb.

Netanyahu HƏMAS-ın özünü yenidən silahlandıra və İsrailin uzunmüddətli təhlükəsizliyinə təhlükə yarada biləcəyindən ehtiyat edərək, İsrail ordusunun Qəzzadan çıxarılması və bunun döyüşlərin daimi dayandırılmasına səbəb olacaq atəşkəs razılaşmasına razılıq verməkdən imtina edib.

Keçən il oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı HƏMAS militantları 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın girov götürüb. Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin əks-hücumları zamanı Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla, 41 min fələstinlini ölüb. İsrail hərbi qüvvələri isə ölənlərin arasında HƏMAS döyüşçülərinin olduğunu bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.