Zelenski xarici işlər naziri postuna öz namizədini təklif edib

5-09-2024, 10:24           
Zelenski xarici işlər naziri postuna öz namizədini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini, əvvəllər prezident aparatında işləmiş Andrey Sibiqanın təyin edilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Radada prezidentyönlü "Xalqın qulluqçusu" partiyasının fraksiyasının rəhbəri David Araxamiya özünün "Telegram" kanalında məlumat verib.

O, dövlət başçısının fraksiya iclasına gəldiyini təsdiqləyib.

Qeyd edək ki, Ali Radanın bir neçə nazirin istefası ilə bağlı səsverməsi səs çatışmazlığı səbəbindən baş tutmamışdı. Buna görə də, Kulebanın istefası məsələsinə baxılmayıb və iclas başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru