Harris və Tramp kampaniyanın əsas məqamı olan debata hazırlaşır

11-09-2024, 15:38           
Harris və Tramp kampaniyanın əsas məqamı olan debata hazırlaşır
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə aparan kampaniyanın əsas məqamı - Demokrat vitse-prezident Kamala Harris və Respublikaçı keçmiş prezident Donald Tramp arasında çərşənbə axşamı debat üçün səhnə hazırlanıb.

İki namizəd heç vaxt bir-birləri ilə görüşməyib və hətta telefonla danışmayıblar, lakin çərşənbə axşamı onlar Filadelfiyadakı Milli Konstitusiya Mərkəzindəki kürsülərin arxasında bir-birindən qısa məsafədə dayanacaqlar. Onlar ABC News-un iki aparıcısı David Muir və Linsey Davis tərəfindən verilən sualları cavablandırarkən 90 dəqiqə bir-birinə qarşı kəskin tənqidlərlə çıxışı etməyə hazırlaşırlar.

Çox güman ki, on milyonlarla amerikalı seçki kampaniyasının yeganə debatını izləyəcək. Tədbir rəsmi seçki günündən səkkiz həftə əvvəl baş verir, lakin ölkənin 50 ştatından bəzilərində erkən səsvermənin başlanmasına yalnız günlər qalıb.

Ölkə üzrə keçirilən sorğular namizədlər arasında fərqin olduqca az olduğunu göstərir və bu, hər iki namizədin hələ qərarını verməmiş az sayda seçicinin səsini qazanmaq üçün debatda ən yaxşı iddialarını ortaya qoymasıınn vacibliyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.