Hindistanda güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib

17-09-2024, 12:38           
Hindistanda güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib
Hindistanın Himaçal-Pradeş ştatının şimalında iyun ayında musson mövsümünün gəlişindən bəri yağan güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib.
Bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Pis hava şəraiti səbəbindən Himaçal-Pradeşdə yollar su altında qalıb, elektrik enerjisində problemlər yaranıb. Təbii fəlakət nəticəsində ştatın infrastrukturuna dəyən ziyan 13.2 milyard hind rupisi (158 milyon dollardan çox) təşkil edib.

Hindistanda musson mövsümü adətən iyunun əvvəlində başlayır. Daha sonra şimala doğru hərəkət edir və adətən iyulun ortalarına qədər bütün ölkəni əhatə edir. Mussonlar sentyabrın sonu - oktyabrın əvvəlində bitir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru