Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada daha bir nəfəri öldürdü

19-09-2024, 11:18           
Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada daha bir nəfəri öldürdü
Fransanın Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar zamanı öldürülənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə "France 24" agentliyi məlumat yayıb.

Məlumata görə, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.

"Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı", - məlumatda bildirilir.

Agentlik qeyd edib ki, hadisə ərazinin inzibati mərkəzi olan Numea yaxınlığındakı Sen-Lui qəsəbəsində polis və nümayişçilərin toqquşması zamanı baş verib. Məlumata görə, polis daha on nümayişçinin axtarışını davam etdirir.

Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan Konstitusiyaya olunan dəyişikliyə etiraz edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru