Aİ-də avtomobil satışları son 3 ilin minimumuna düşüb
19-09-2024, 15:28
Avqust ayında Avropa İttifaqında (AI) avtomobil satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb.
“Cebheinfo.az” xəbər verir ki, Avropa avtomobil sənayesi qurumunun açıqladığı məlumatlara görə, Avropa İttifaqında yeni avtomobil satışları böyük bazarlar olan Almaniya, Fransa və İtaliyadakı ikirəqəmli itkilərə görə, avqust ayında 18,3 faiz azalaraq üç ilin ən aşağı səviyyəsinə düşüb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasına görə, ittifaqın ən böyük elektrikli avtomobil bazarları Almaniya və Fransada müvafiq olaraq 68,8 faiz və 33,1 faiz azalma qeydə alınarkən, avqust ayında tam elektriklə işləyən avtomobillərin satışı 43,9 faiz azalar ardıcıl dördüncü ayda azalma qeydə alınıb.
Avqust ayında akkumulyatorla işləyən və “plug”-in hibrid modeli avtomobil satışları müvafiq olaraq 43,9 faiz və 22,3 faiz azaldığı halda, hibrid elektrik avtomobil satışı 6,6 faiz artaraq 31,3 faiz bazar payına çatıb.
Avropanın üç ən böyük avtomobil istehsalçısı olan “Volksvagen”, “Stellantis” və “Renault”-da satışlar bir il əvvələ nisbətən müvafiq olaraq 14,8 faiz, 29,5 faiz və 13,9 faiz azalıb.
Digər tərəfdən, “Tesla”-da satışlar 43,2 faiz, Çinin “SAIC Motor”unu satışı isə 27,5 faiz azalıb.