Britaniya elektrik enerjisi istehsalında kömürdən tamamilə imtina etdi
1-10-2024, 15:14
Böyük Britaniya ölkənin sonuncu kömürlə işləyən elektrik stansiyasını bağlayıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Beləliklə, Böyük Britaniya elektrik enerjisi istehsalı üçün kömürdən istifadədən imtina edən ilk sənayeləşmiş ölkə olub.
Nottingemşirdəki Ratcliffe-on-Soar elektrik stansiyası bu gün, sentyabrın 30-da fəaliyyətini tamamilə dayandıracaq və iki illik istismardan sonra söküləcək.
İstilik elektrik stansiyasının tikintisinə 1963-cü ildə başlanmış, dörd ildən sonra ilk enerji bloku istifadəyə verilmiş, stansiya 57 il ərzində elektrik enerjisi istehsal edib. 1967-ci ildən bəri Ratcliffe-ə 141.768 kömür qatarı çatdırılıb və sonuncu daşınma 28 iyun 2024-cü ildə baş verib.
Elektrik stansiyası 2 milyon evi elektrik enerjisi ilə təmin edə bilər. Öz zirvəsində, orada gecə-gündüz 3000 işçi işləyib.
Böyük Britaniya 2000-ci illərin əvvəllərində təmiz havaya tələbat artdıqca elektrik enerjisi istehsalında kömürdən imtina etməyə başlayıb. Kömür tədricən daha ucuz qaz və külək enerjisi ilə əvəz olunmağa başlayıb.
2035-ci ilə qədər Böyük Britaniya elektrik enerjisi istehsal kompleksini elə layihələndirmək istəyir ki, istehsal demək olar, heç bir CO2 buraxmasın.
Yeni hökumət günəş enerjisi istehsalının genişləndirilməsinin tərəfdarıdır. Həmçinin kənd yerlərində yenidən külək stansiyaları tikmək mümkün olmalıdır. Paralel olaraq Britaniyada böyük elektrik enerjisi anbarı layihələri hazırlanır. Mançester yaxınlığında dünyanın ən böyük anbarının tikintisi planlaşdırılır.