Avropada qazın qiyməti 9 ayda 21% artıb

2-10-2024, 17:08           
Avropada qazın qiyməti 9 ayda 21% artıb
Avropa İttifaqı Rusiya qazından imtina edərək özünü çıxılmaz vəziyyətə salıb.
Sputnik. Bu ilin doqquz ayı ərzində Avropada qazın qiyməti 21% artaraq min kubmetr üçün, təxminən 444 dollar təşkil edib.
Bu barədə "TASS" London ICE fyuçers birjasının məlumatlarına və hesablamalara istinadən xəbər verib.
2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti min kubmetr üçün 408 dollar civarında idi, sonra bu rəqəm, tədricən azalmağa başladı. Məsələn, fevralda bu, təxminən 288 dollar idi. Sonradan artım başladı.
Qeyd olunub ki, qiymət bir neçə amillə bağlı artıb: isti hava, Norveç və ABŞ-dan tədarükün vaxtaşırı kəsilməsi, Ukrayna Silahlı Qüvvələrinin "Sudja" qazölçmə stansiyasının yerləşdiyi Kursk vilayətinə hücumu.
Yaxın Şərqdəki geosiyasi gərginlik də bazardakı qiymətlərə təsirsiz ötüşməyib.
Bir müddət əvvəl maliyyə analitiki Mixail Belyayev bildirmişdi ki, Avropa İttifaqı Rusiya qazından imtina edərək özünü çıxılmaz vəziyyətə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru