ABŞ Livanın yeni prezidentini seçmək istəyir

5-10-2024, 11:08           
ABŞ Livanın yeni prezidentini seçmək istəyir
ABŞ İsrailin "Hizbullah" hərəkatına qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda Livanda yeni prezidentin seçilməsinə nail olmaq istəyir.

Bu barədə "Axios" nəşri yazıb.

Məlumata görə, 2022-ci ilin oktyabr ayında Mişel Aun prezidentlik postundan getdikdən sonra Livan parlamenti yeni liderin seçilməsi məsələsində ortaq razılığa gələ bilməyib.

ABŞ rəsmiləri "Hizbullah" rəhbərliyinə qarşı İsrailin hücumundan istifadə edərək yaxın günlərdə Livanda yeni prezidentin seçilməsini istəyir.

Sentyabrın 23-də İsrail Livanda "Şimal oxları" kod adlı əməliyyata başlayıb. Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənub sərhədyanı bölgəsində "Hizbullah" obyektlərinə qarşı məhdud və lokal reydlərə başladığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru