Litvada parlament seçkisi keçirilir

Bu gün, 15:44           
Litvada parlament seçkisi keçirilir
Litvada Seymə (birpalatalı parlament) növbəti seçkinin birinci turu keçirilir.

TASS xəbər verir ki, ölkədə iki minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

Qalibin müəyyən edilmədiyi birmandatlı dairələrdə oktyabrın 27-də ikinci tur keçiriləcək. İkinci tura ən çox səs toplayan iki namizəd keçəcək.

Seçkidə 141 deputat mandatı uğrunda 1740 namizəd - 16 siyasi partiyanın və üç partiya koalisiyasının nümayəndələri mübarizə aparırlar. Çoxmandatlı dairələrdə partiyalar Seymə daxil olmaq və orada fraksiya yaratmaq üçün beş faizlik həddi keçməlidir.

Ekspertlərin və ictimai rəy sorğularının nəticələrinə görə, ilk üç favorit sırasına müxalifətdə olan Litva Sosial Demokrat Partiyası, hakim mühafizəkar "Ana Vətən Birliyi" partiyası - Litva Xristian Demokratları və parlament seçkisinə yeni qatılan - "Neman üzərində Şəfəq" siyasi partiyası daxildir.

Litvada daimi yaşayan 25 yaşdan yuxarı vətəndaş parlamentari ola bilər. Yuxarı yaş həddi mövcud deyil.

Səsvermənin ilkin nəticələri adətən bazar ertəsi gecə məlum olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.