Rusiyanın Ermənistana verdiyi "İsgəndər"lərlə bağlı şok fakt üzə çıxdı - Raketlər paraddan sonra, rus hərbi bazasına... (Foto)

24-09-2016, 16:29           
Rusiyanın Ermənistana verdiyi "İsgəndər"lərlə bağlı şok fakt üzə çıxdı - Raketlər paraddan sonra, rus hərbi bazasına... (Foto)
Ermənistan sosial şəbəkələrində sentyabr ayının 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunan Rusiya ordusuna məxsus olan və indiyə qədər heç bir ölkəyə ixrac edilməyən “İsgəndər-M” operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb.

Dia.az xəbər verir ki, sosial şəbəkənin Arman Manukyan adlı istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayət edərkən İrəvanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik leytenant rütbəli şəxsin texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışdıqlarına qulaq şahidi olmasına dair şərh yayıb.

Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə Qalsyan adlı hərbi rütbəlinin Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəsi müavini olduğu istifadəçilər tərəfindən qeyd olunmub.

Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də “İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirmişdir. Həmçinin Karen Karapetyan adlı erməni ekspert öz müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını anti Rusiya fikrilərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru