Tramp qalib gəlsə, Mask ticarət vasitəçisinə çevrilə bilər - KİV
5-11-2024, 16:18
Bloomberg qeyd edib ki, iş adamının Pekinlə münasibətlərlə bağlı mövqeyi Trampa yaxın olan digər şəxslərin fikirlərinə ziddir.
Amerikalı milyarder İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Çin və ABŞ arasında ticarət əlaqələrində vasitəçi ola bilər. Bu barədə Bloomberg ekspertlərə istinadən xəbər verir.
Pentaqonun keçmiş rəsmisi və Amerika Müəssisə İnstitutunun baş elmi işçisi Derek Skissors hesab edir ki, Maska Çində xüsusi münasibət var və onun vasitəsilə Pekin yenidən seçiləcəyi təqdirdə Tramp administrasiyasına təsir göstərməyə cəhd edə bilər.
Bloomberg qeyd edib ki, iş adamının Pekinlə münasibətlərlə bağlı mövqeyi Trampa yaxın olan digər şəxslərin fikirlərinə ziddir. Agentliyin məlumatına görə, Çin Mask üçün əhəmiyyətli işgüzar maraq kəsb edir. Məsələn, Teslaya məxsus bütün elektrik avtomobillərinin yarısı məhz orada istehsal olunur.
Daha əvvəl Tramp demişdi ki, yenidən seçiləcəyi təqdirdə ən yaxın tərəfdarları – milyarder İlon Mask və siyasətçi Robert Kennedini gələcək administrasiyada "nüfuzlu vəzifələrə" təyin etmək barədə fikirləşir.