Neft və qaza tələbat artdıqca dünya Afrika resurslarına arxalanacaq – OPEC

7-11-2024, 17:44           
Neft və qaza tələbat artdıqca dünya Afrika resurslarına arxalanacaq – OPEC
Cənubi Afrikanın Keyptaun şəhərində illik Afrika Enerji Həftəsi 4-8 noyabr 2024-cü il tarixlərində keçirilir.
Dünya neft və qaza artan tələbat fonunda Afrikanın təbii ehtiyatlarına arxalanmağa davam edəcək. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat verib.
"Dünya neft və qaza sürətlə artan qlobal tələbatı ödəmək üçün uzunmüddətli perspektivdə Afrika resurslarına arxalanmağa davam edəcək", - OPEC-in baş katibi Haysam əl-Qays Afrika Enerji Həftəsi (African Energy Week) forumunda deyib.

Əl-Qays həmçinin investisiya, siyasət, mövcud enerji ilə atmosferə atılan tullantıların azaldılması arasında tarazlığın təmin edilməsi və Afrikanın təbii sərvətlərindən enerji yoxsulluğuna qarşı mübarizə üçün istifadə ilə bağlı bir sıra mühüm məsələləri müəyyən edib.
Qeyd edək ki, illik Afrika Enerji Həftəsi 4-8 noyabr 2024-cü il tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru