NASA Yupiterin ən keyfiyyətli şəkillərini dərc etdi

7-11-2024, 16:18           
NASA Yupiterin ən keyfiyyətli şəkillərini dərc etdi
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yupiterin ən keyfiyyətli şəkillərini dərc edib.

Oxu.Az xəbər verir ki, görüntülər "Cuno" zondu tərəfindən Günəş sisteminin beşinci planetinə 66-cı uçuşu zamanı çəkilib.

Zond 2011-ci ildə buraxılıb və beş il sonra, 2016-cı ildə 2.7 milyard km-dən çox yol qət edərək Yupiterə çatıb. O vaxtdan bəri, zond müntəzəm olaraq Yupiter və onun peykləri yaxınlığında uçaraq şəkillər çəkir və Yerə məlumat göndərir.

Aparat Yupiter üzərindən son uçuşu zamanı planetin ən keyfiyyətli şəkillərini qeydə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru