Almaniya Prezidenti üç naziri vəzifəsindən azad edib

8-11-2024, 11:25           
Almaniya Prezidenti üç naziri vəzifəsindən azad edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer maliyyə naziri Kristian Lindner, ədliyyə naziri Marko Buşman, təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatsinqeri vəzifəsindən azad edib.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, hər üç nazir Almaniyanın Azad Demokratlar Partiyasını təmsil edir.

Lindnerin vəzifələrini isə Almaniya Federal Kansleri Administrasiyasının dövlət katibi Yorg Kukis icra edəcək. Nəqliyyat və rəqəmsal infrastruktur naziri Folker Vissing isə Ədliyyə Nazirliyinə başçılıq edəcək.

“Der Spiegel” jurnalının yazdığına görə, hazırkı kənd təsərrüfatı və qida naziri Cem Özdemir (“Yaşıllar”) Təhsil və Elmi Tədqiqatlar nazirliyinə rəhbərlik edəcək.

Bildirilir ki, kadr dəyişiklikləri Almaniyada hakim koalisiyanın (Sosial-Demokrat Partiyası, “Yaşıllar” və Azad Demokratlar Partiyası) dağılmasının nəticəsidir. Almaniyada ciddi siyasi böhran koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət məsələlərində fikir ayrılıqları səbəbindən baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru