Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb

14-11-2024, 16:14           
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evdə dörd əsas məsləhətçisinin adı açıqlanıb.
Bu barədə seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatında deyilir.

Trampın ən uzunmüddətli, etibarlı müttəfiqlərindən biri və onun yenidən seçki kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq.

Stiven Miller isə prezidentin köməkçisi, Ağ Evin Siyasəti və Milli Təhlükəsizlik Məsələləri üzrə Aparat rəhbərinin müavini vəzifələrində çalışacaq.

Öz növbəsində Ceyms Bleyer prezidentin köməkçisi, qanunvericilik və ictimai əlaqələr üzrə administrasiya rəhbərinin müavini vəzifələrində çalışacaq.

Taylor Budoviç isə prezidentin köməkçisi, Ağ Evin kommunikasiyalar və kadrlar üzrə aparat rəhbərinin müavini təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru