Polşa NATO zəmanəti olmadan “MiQ-29”u Ukraynaya vermək istəmir
14-11-2024, 16:08
Polşa NATO-dan ölkə səmasının qorunması üçün zəmanət almadan Ukraynaya “MiQ-29” qırıcılarını ötürməyəcək.
“Report” xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bəyan edib.
“NATO-nun hava məkanının mühafizəsinə mütləq zəmanətimiz olmayana qədər biz təyyarələrimizi təhvil verə bilməyəcəyik, çünki burada təhlükəsizliyi təmin etmək üçün onlara ehtiyacımız var”, - Duda bildirib.