Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb

14-11-2024, 16:34           
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
Polşanın şimalında, Rusiya ilə sərhəddən 165 kilometr aralıda yerləşən Redzikovo şəhərində ABŞ-nin “Aegis” raketdən müdafiə bazasının rəsmi açılışı olub.
Dövlət televiziyasının canlı yayımladığı açılış mərasimində Polşa Prezidenti Anjey Duda və NATO-nun Baş katibi Mark Rutte iştirak edib.

Qeyd olunur ki, Amerikanın Redzikovodakı raketdən müdafiə bazası “AN/SPY-1” radarı, “Mk 41 VLS” buraxılış qurğuları və “SM-3” (“Standard Missile-3”) ballistik raketlərdən ibarətdir.

Açılış mərasimində çıxış edən ABŞ-nin Polşadakı səfiri Mark Bjezinski qeyd edib ki, baza hazırda tam əməliyyat imkanları ilə işləyir. Səfir onu da əlavə edib ki, bu baza ABŞ-nin Polşadakı ilk daimi hərbi bazasıdır.

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış isə öz növbəsində bildirib ki, raketdən müdafiə bazasının açılması Amerika qoşunlarının “əbədi” Polşada olması deməkdir. “Bu, 1989-cu ildən bəri ən mühüm hadisələrdən biridir”, - o söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru