Dünyada Şanxay, Tokio, Nyu-York və Hyuston ən çox istixana qazları yayan şəhərlərdir

Bu gün, 11:44           
Dünyada Şanxay, Tokio, Nyu-York və Hyuston ən çox istixana qazları yayan şəhərlərdir
Müşahidələr və süni intellektə əsalanan yeni məlumata görə, Asiya və ABŞ şəhərləri iqlim dəyişikliyini qidalandıran ən çox istilik saxlayan qaz yayır, Şanxay isə ən çirkləndirici şəhərdir.

ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor tərəfindən təsis edilən təşkilatın yeni məlumatlarına görə, yeddi dövlət və ya əyalət 1 milyard metrik tondan çox istixana qazı buraxır, bunların hamısı altıncı yerdə olan Texas istisna olmaqla, Çindədir. Hesabat BMT-nin Bakıda keçirdiyi iqlim müzakirələri zamanı açıqlanıb.

Danışıqlarda iştirak edən dövlətlər bu kimi tullantıları azaltmaq üçün yeni hədəflər qoymağa və zəngin dövlətlərin bu işdə dünyaya kömək etmək üçün nə qədər pul ödəyəcəyini anlamağa çalışırlar. Boşluqları doldurmaq üçün süni intellektlə tamamlanan peyk və yer müşahidələrindən istifadə edərək, Climate Trace istilik saxlayan karbon dioksid, metan və azot oksidi, eləcə də 9000-dən çox şəhərdə ənənəvi hava çirkləndiricilərinin miqdarını müəyyən etməyə çalışır.

Yerin ümumi karbon qazı və metan çirklənməsi 0,7% artaraq 61,2 milyard metrik tona çatıb, güclü metan 0,2% artıb.

Climate Trace-in həmtəsisçisi Gavin Makkormik bildirib ki, rəqəmlər digər məlumat bazasındakından daha yüksəkdir.

Şanxayın 256 milyon metrik ton istixana qazı bütün şəhərlərdən öndə gedir. Bu gğstərici Kolumbiya və ya Norveçdən daha yüksəkdir. Tokionun 250 milyon metrik tonu ilk 40-lığa, Nyu-Yorkun 160 milyon metrik tonu və Hyustonun 150 milyon metrik tonu isə ölkə miqyasında emissiyaların ilk 50-liyində olardı. Seul 142 milyon metrik tonla şəhərlər arasında beşinci yerdədir.

Ştatlar və vilayətlər haqqında danışarkən, onların yeddisi 1 milyard tonluq karbon çirklənməsi buraxır. Bunlar arasında Çinin Şandun vilayəti 1,28 milyard tonla liderdir. Milyard tonlarla çirklənmənin digər mənbələri isə Çindəki Hebey, Şansi, Daxili Monqolustan, Jiangsu və Guangdong ilə yanaşı, Texasdır.

Çin, Hindistan, İran, İndoneziya və Rusiya 2022-dən 2023-ə qədər emissiyalarda ən böyük artımları yaşayan ölkələrdir, eyni zamanda Venesuela, Yaponya, Almaniya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları ən böyük azalmaları yaşayan ölkələrdir.

Hesabat müxtəlif qruplardan olan alimlər və analitiklər tərəfindən hazırlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.