Niderland antisemitizm strategiyası üçün "əlavə vaxta" ehtiyacı olduğunu bildirir

16-11-2024, 15:44           
Niderland antisemitizm strategiyası üçün "əlavə vaxta" ehtiyacı olduğunu bildirir
Ədliyyə naziri bildirib ki, Niderland hökumətinin ötən həftə İsrail futbol azarkeşləri ilə yerli sakinlər arasında baş verən zorakılıqdan sonra antisemitizmlə mübarizə strategiyasını hazırlamaq üçün "daha çox vaxta" ehtiyacı var.

Ədliyyə naziri David van Vill deyib: "7 və 8 noyabrda baş vermiş dəhşətli hadisələrə görə və parlamentdə səmərəli müzakirələrin təşviq etmək istədiyim strategiyanı hazırlamaq üçün daha çox vaxt ayırmağa qərar verdim. Strategiya tezliklə parlamentə göndəriləcək".

Baş nazir Dik Şuf bu həftənin əvvəlində "uzaqgörən tədbirlər" vəd etmişdi. O, cümə günü Nazirlər Kabinetinin iclasından sonra planı elan ediləcəyini demişdi, lakin bu, indi təxirə salınmış kimi görünür.

Müzakirələr noyabrın 7-də Niderland nəhəngi “Ayaks” və “Makkabi” arasında Avropa Liqası matçından əvvəl və sonra Amsterdam küçələrində baş verən zorakılıqlardan sonra aparılıb.

Amsterdamın polis rəisi Peter Holla bildirib ki, "Makkabi" azarkeşləri matçdan əvvəl fələstililərin bayrağını yandırıb, taksiyə hücum edib.

Şəhər rəsmilərinin məlumatına görə, ərəblərin əleyhinə şüarlar səsləndirilib. Polisin bildirdiyinə görə, bəzi sosial media yazılarında “yəhudiləri təqib edin” çağırışları olub.

Şuf hücumların "təmiz antisemitizm" mahiyyətli olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru