Almaniyada “Şimal axını”nda təxribat törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilib

30-11-2024, 18:58           
Almaniyada “Şimal axını”nda təxribat törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilib
Almaniya Baş Prokurorluğu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat törətməkdə şübhəli bilinən iki nəfəri müəyyən edib.

Bu barədə Almaniyanın Baş Prokuroru Yens Rommel "Der Spiegel"ə bildirib.

Rommelin sözlərinə görə, istintaqda hələ çox iş görülməlidir. Almaniyanın Baş Prokuroru qeyd edib ki, hazırda tədqiq predmeti təxribatın digər iştirakçılarının kimliyi, onların motivləri və əməliyyata hər hansı dövlət tərəfindən mümkün nəzarət məsələsidir.

Ukraynanın insidentdə iştirak ehtimalını qiymətləndirən Rommel, araşdırmanın Almaniyaya qaz nəqlinin mühüm hissəsini təmin etməli olan qaz kəmərlərinin zədələnməsinə əsaslandığına diqqət çəkib. O, onların pozulmasını hər hansı siyasi təsnifatdan asılı olmayaraq iqtisadiyyat və cəmiyyətdə sabitliyi poza bilən Almaniyanın enerji təchizatına böyük hücum adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru