Hazırda Suriyanın şimalında olan mövcud vəziyyət

2-12-2024, 09:18           
Hazırda Suriyanın şimalında olan mövcud vəziyyət
Hazırda Suriyanın şimalında olan mövcud vəziyyət:
Əsəd rejimini müdafiə edən Rus ordusu, Vaqner muzdluları və İran dəstəkli "milislər" geri çəkilir, onların tərk etdiyi bölgələrə KCK/PKK/PYD quruplaşmaları daxil olur.
Əməliyyatlar başlayandan bu yana radikal sələfî qruplaşma "Heyət Təhrir əl-Şam", Türkiyə dəstəkli "Suriya Milli Ordusu", "Türkistan İslam Partisi" və digər rejimə müxalif quruplaşmalar, birlikdə hərəkət edərək, qısa zamanda Hələb, İdlib, Hama şəhərlərini Baas (Əsəd) rejimindən azad edib.
Müxalif qrupların irəliləməsinin qarşısını almaq üçün Suriya Ərəb Ordusunun komandanı, marşal Bəşər Əsəd PYD/KCK qruplaşmasına birlikdə hərəkət etməyə əvəzində müəyyən əraziləri təhvil verməyi təklif edib. Tramp adminstrasiyasının müdafiə məsələləri üzrə kadrı hesab olunan Con Kelly, Tramp-ın dövründə PYD/KCK qruplaşmasına dəstəkləri minumuma endirəcəklərini açıqlayıb.
Qonşu ölklərədən İraq Suriyayla sərhəddi bağlayıb, Hizbullah nəzarətində olan Livan isə Suriya tərəfi ilə soyuq münasibətləri davam etdirir.
Hazırda ABŞ nəzarətində yerli "İnqilabçı Komandolar Birliyi" və radikal İraq Şam İslam Dövləti (İŞİD) müharibəyə müdaxilə etməyib. "Qolan dağlarını" de-fakto işğal altında saxlayan İsraildə hələki susqunluğunu qoruyur.
Həsən Türksoy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru