Çin Litvanı diplomatlarını ölkədən çıxarmaqda qınayıb

4-12-2024, 15:43           
Çin Litvanı diplomatlarını ölkədən çıxarmaqda qınayıb
Çin Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada, Litvanın ölkə diplomatlarını ölkədən qovduğuna görə bu qərarı “təxribat” kimi qiymətləndirilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Litvadakı diplomatlarının heç bir səbəb olmadan deportasiya edildiyini və “persona non-qrata” elan edildiyini iddia edib.

Mübahisələr Baltik dənizində Litva və İsveçi birləşdirən iki sualtı kabelin kəsilməsində Çin gəmisinin şübhəli iştirakı ilə bağlı araşdırma ilə üst-üstə düşüb.

İsveç hökuməti kabellərin qırılmasının səbəbini müəyyən etmək üçün Çindən əməkdaşlıq istəyib.

Litva hökumətinin cümə günü verdiyi açıqlamada Çinin diplomatik nümayəndəliyində olan 3 nəfərin bir həftə ərzində ölkəni tərk etmələri barədə göstəriş verildiyi bildirilib.

Litva Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən yazılı mətndə Vyana Konvensiyasına və digər beynəlxalq qanunlara istinad edilsə də, əlavə təfərrüatlar daxil edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru