Rusiya BMT TŞ-nin təcili iclasının çağırılması üçün müraciət edib

9-12-2024, 16:24           
Rusiya BMT TŞ-nin təcili iclasının çağırılması üçün müraciət edib
Suriyanın Moskvadakı səfirliyi həmişəki kimi fəaliyyət göstərəcəyini bəyan etsə də, diplomatik nümayəndəliyin binasının üzərindəki dövlət bayrağı götürülüb.
Rusiya Suriyadakı vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün müraciət edib.
Bu barədə “RİA Novosti” qurumdakı mənbələrə istinadən məlumat yayıb.
Suriyanın Moskvadakı səfirliyi həmişəki kimi fəaliyyət göstərəcəyini bəyan etsə də, diplomatik nümayəndəliyin binasının üzərindəki dövlət bayrağı götürülüb. Diplomatik nümayəndəlik hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Bu gün axşam saatlarında müxalif qüvvələrin Bəşər Əsədin Dəməşqdəki sarayını talan etdiyini əks etdirən görüntülər yayılıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Qurumun 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.
24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.