ABŞ və Avropa İttifaqının TikTok platformasıyla mübarizəsi 2025-ci ildə də davam edəcək.

Dünən, 15:14           
ABŞ və Avropa İttifaqının TikTok platformasıyla mübarizəsi 2025-ci ildə də davam edəcək.
Platformanın 2025-ci ilin əvvəlindən ABŞ-da qadağan edilməsini və ya satılmasını nəzərdə tutan qanun gündəmdədir. “BBC” xəbər verir ki, sosial media şirkəti federal apellyasiya məhkəməsinin qanunun Konstitusiyaya zidd olması ilə bağlı arqumenti ilə razılaşacağına ümid edirdi, çünki bu, 170 milyon ABŞ istifadəçisinin söz azadlığına təsir göstərir. Ancaq məhkəmə fərqli qərar verib.
TikTok rəhbərliyi bundan sonra mübarizəni ölkənin ən yüksək hüquqi orqanı olan ABŞ Ali Məhkəməsinə aparacağını bildirib. ABŞ TikTok-un satılmasını və ya qadağan edilməsini istəyir, çünki onun sahiblərinin Çin dövləti ilə əlaqəsi var. TikTok rəhbərliyi isə hər zaman bu iddianı təkzib edir. ABŞ Konqresində Çin əleyhinə əhval-ruhiyyə çox güclü olduğuna görə, hər iki partiya rəhbərliyinin TikTok-un ABŞ bazarında məhdudlaşdırılmasına dair fikir birliyi mövcuddur.
Avropa dövlətlərində də TikTok platformasından narazılıq var. Brüssel hesab edir ki, Rusiya və Çin bu platformadan istifadə edərək müxtəlif ölkələrdəki seçkilərə təsir edir. Misal üçün Rumıniyada Prezident seçkisinin birinci turunda heç kimin gözləmədiyi halda, soğrularda sonuncu sıralarda olan populist bir siyasətçi qalib gəldi. Bunun səbəbləri araşdırıldıqda sosial platformalar üzərindən həmin namizədə kənardan dəstəyin artdığı aydınlaşdı. Həmişə olduğu kimi Rusiyanın adı çəkildi. Çünki Rumıniyanın həmin populist namizədi Rusiyanın siyasətini dəstəkləyir. Rumıniya Konstitusiya Məhkəməsi araşdırmaların nəticəsi olaraq Prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etdi.
Brüsseldə hesab edirlər ki, TikTok platforması müstəqil deyil, kənardan idarə olunur. Bu səbəbdən Avropa İttifaqı da bu platformanın fəaliyyətini məhdudlaşdırmaq barədə düşünür. TikTok platformasını digər sosial platformalar olan Facebook və ya İnstagram-dan fərqləndirən odur ki, bu bu şəbəklərin rəhbərlərini sorğu-suala çəkmək mümkündür, onlar ABŞ Konqresində və ya Avropa Komissiyalarında dinləmələrə gəlirlər. TikTok-la bağlı eyni proseduru həyata keçirmək mümkün deyil.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.