Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı

Bu gün, 08:58           
Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
Britaniya hökuməti alkoqoldan ölənlərin sayını “fəlakətli” adlandırıb.Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 2023-cü ildə ölkədə 8,2 mindən çox insan alkoqol qəbulu və bununla bağlı səbəblərdən dünyasını dəyişib. Bu, 2019-cu illə müqayisədə 42 faiz çoxdur.“Böyük Britaniyada pandemiya zamanı alkoqoldan ölüm halları kəskin artıb. O vaxtdan bəri İngiltərədə ölüm halları əvvəlki illərə nisbətən daha yavaş olsa da, artmağa davam edir. Ölümlərin əksəriyyəti erkən, 75 yaşından əvvəl vəfat edən və alkoqolla əlaqəli qaraciyər xəstəliyindən qaynaqlanan kişilərdə baş verir”, - məlumatda qeyd edilir.
Böyük Britaniyanın Alkoqoldan sağlamlığı qorumaq üzrə alyansı, alkoqoldan ölənlərin sayının artmağa davam edəcəyini və bunun da “səhiyyə sisteminə və cəmiyyətə artan təzyiq” edəcəyini proqnozlaşdırır.Oktyabr ayında ölkənin keçmiş səhiyyə naziri və London İmperial Kollecində cərrahiyyə kafedrasının müdiri Lord Ara Darzi İngiltərədə spirtin minimum qiymətinin zəruriliyindən danışıb. Onun fikrincə, bu, onu daha əlçatan edə və ölkə vətəndaşları arasında ölüm hallarını azalda bilər.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada orta alkoqol istehlakı böyüklər üçün ildə 9,2 litr təmiz spirt təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.