Lukaşenko da Birləşmiş Ştatlarla əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi...

27-01-2025, 00:14           
Lukaşenko da Birləşmiş Ştatlarla əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi...
Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın ABŞ-la əməkdaşlıq etmək istədiyini və qlobal problemləri Vaşinqtonla həll etməyəcəyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu haqda Belarus kanalları ilə yanaşı, Rusiya mediası da məlumat yayıb.

“Biz Amerikadan heç bir pay gözləmirik, lakin onlarla əməkdaşlıq etmək istəyirik, başa düşürük ki, bu, dünyanın aparıcı ölkəsidir və iqtisadiyyata, bütün ölkələrə, o cümlədən Belarusa, Rusiya ilə birliyimizə, Çin iqtisadiyyatına ciddi təsir göstərir.

Biz qlobal məsələləri Amerika ilə həll etməyəcəyik, biz öz yerimizi bilirik”, - Lukaşenko Minskdə jurnalistlərlə söhbətində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru