ABŞ III Dünya Müharibəsi olacağı təqdirdə elita üçün 300 milyon dollarlıq bunker tikəcək

Bu gün, 09:44           
ABŞ III Dünya Müharibəsi olacağı təqdirdə elita üçün 300 milyon dollarlıq bunker tikəcək
Bunkerin yaradıcıları öz qonaqlarına dəbdəbəli restoranlar, üzgüçülük hovuzu, boulinq meydançası və süni intellektdən istifadə edən tibb mərkəzi vəd edirlər.
ABŞ-ın Virciniya ştatında üçüncü dünya müharibəsi olacağı təqdirdə varlılar üçün bunker tikiləcək. Bu barədə "Daily Mail" yazıb.
Dünyanın ən zəngin 625 adamını qəbul edə biləcək sığınacaq, təxminən 300 milyon dollara başa gələcək.
Nəşrin məlumatına görə, xidmət gizlənənlərin hər birinə 20 milyon dollara başa gələcək.
"Aerie" adlanan yeraltı bunker müştərilərə yerüstü fəlakətdən sağ çıxmaq imkanı verəcək, lakin bu, onlara 20 milyon dollara başa gələcək", - nəşr yazıb.

Bunkerin yaradıcıları öz qonaqlarına dəbdəbəli restoranlar, üzgüçülük hovuzu, boulinq meydançası və süni intellektdən istifadə edən tibb mərkəzi vəd edirlər.
Bundan əvvəl məlum olmuşdu ki, Norveç Rusiya ilə NATO arasında qarşıdurma qorxusuna görə minlərlə bomba sığınacağı tikəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.