Bizim üçün Qərbi Rusiya və Çin əvəz edir - Lukaşenko
Bu gün, 09:08
Belərus lideri bildirib ki, ölkəsinin Rusiya ilə münasibətlərimizdə ən vacib məsələ təhlükəsizlikdir.
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, təhlükəsizlik məsələsi Rusiya prezidenti Vladimir Putinlə və ümumilikdə Rusiya Federasiyası ilə münasibətlərdə ən vacib məsələdir.
“Təhlükəsizliyə gəlincə, bu, bizim prezident Putin və Rusiya ilə münasibətlərimizdə ən vacib məsələdir. Ən vacib. Elə vaxt olmayıb ki, biz danışıqlarda, görüşlərdə, sadəcə söhbət zamanı bu məsələləri müzakirə etməyək. Bu sahədə, ümumiyyətlə, Rusiya ilə münasibətlərdə qapalı mövzumuz yoxdur”, - Lukaşenko bazar günü Minskdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Belarus Rusiya və Çinin hesabına Qərbi uğurla Şərqlə əvəz edir.
“Biz Qərbi Şərqlə, əsasən Rusiya və Çin Xalq Respublikası vasitəsilə uğurla əvəz edirik. Başqa ölkələr də var”, - Lukaşenko deyib.
O, ÇXR-in texnologiyanı gizlətmədiyini vurğulayıb və bildirib ki, əgər onlar dəzgah satırlarsa, çertyojlarını da satırlar.
Belarus prezidenti bəyan edibki, ölkəsi heç vaxt Çin əleyhinə siyasət aparmayacaq və ABŞ Minski ələ ala bilməyəcək.
“Niyə biz bu gün Çinə qarşı vuruşmalıyıq və Çin xalqına, Çin rəhbərliyinə qarşı bir növ siyasət aparmalıyıq? Mən bunu heç vaxt etməyəcəyəm və siz də (ABŞ - red.) bu baxımdan məni ələ ala bilməyəcəksiniz”, - Lukaşenko deyib.