Makron qəzəblənib: Prezidentin cinsi həyatının sirlərinin aşkarlanması cəhdləri davam edir
27-01-2025, 11:24
Makron arvadının qadın olduğunu sübut etməyə çalışdıqca, özünün əsl prezident olmasına da şübhələri artırır.
Amerikalı jurnalist Kendis Ouens bütün rəqəmsal kainata açıq şəkildə bildirib ki, Fransa prezidentinin vəkillər komandası ona Fransanın birinci xanımının cinsi kimliyi ilə bağlı məlumat yaymağı qadağan edib.
Vəkillərin motivi göz qabağındadır: onlar pul müqabilində müştərilərinin maraqlarını müdafiə edirlər. Jurnalistin motivi daha aydındır: Qərb isteblişmentinin yuxarı təbəqəsi arasında seksual münasibətlərə/üstünlüklərə /orientasiyaya aid olan hər şey sensasiyalı mövzudur. Getdikcə alovlanan qalmaqalda anlaşılmayan yalnız Fransa prezidentinin davranışıdır.
Kendis Ouen Bricit Makronun transgender qadın olması ilə bağlı xəbərlərin (bütün əsas fransız və anglo-sakson mətbuatı bunu dedi-qodu adlandırır) doğru olub-olmadığını öyrənmək istəyirdi.
Amerikalı qadın Emmanuel Makrondan cavab almaq üçün iyirmidən çox bənddən ibarət olan sorğu anketini Yelisey sarayının mətbuat xidmətinə göndərib. Amma ona cavab veməkdən imtina ediblər. Bu gözlənilən olsa da, prezidentin Kendis Oueni susdurmaq üçün şəxsi vəkillərindən istifadə etməsi gözlənilməz olub.
Əslində Bricit Makron və qardaşı Jan-Mişel Tronye ilə birlikdə şəkillərini göstərməklə intim mövzu ilə bağlı mübahisəni on dəqiqəyə bitirmək olardı. Etibarlılıq üçün ölkənin indiki birinci xanımının birinci əri, uşaqları, hamilə olduğu vaxt və s. təsvir olunduğu fotoşəkilləri də əlavə edilə bilərdi. Bir sözlə, ən ucuz piar məsləhətçi belə deyərdi ki, "Cənab prezident, arvadınız və onun qardaşının ailə fotolarını göstərmək kifayət edər ki, bu mövzu qapansın". Lakin Makron hər şeyi daha da şişirtmək qərarına gəlib.
Kendis Ouenin gələn həftə dərc etməyi planlaşdırdığı sensasiya aşağıdakılardan ibarərdir.
2021-ci ilin dekabrında fransız jurnalist Nataşa Rey Bricit Makronun transseksual qadın olduğunu iddia edən bir araşdırma yayımlayıb. Nataşa Rey belə qənaətə gəlib ki, Fransa prezidentinin həyat yoldaşı bioloji kişidir və onun əsl adı Jan-Mişel Tronyedir. Bricit Makron isə heç vaxt mövcud olmayıb. Məlumatın internetə sızdığı vaxt Fransa cəmiyyətində *LGBT-lərə münasibətdə ciddi üstünlük mövcud idi. Belə olan şəraitdə "cinsi və əzab çəkən azlığın hüquqlarının müdafiəsi" şüarı altında prezident cütlüyünə aid olan hər şey redaktorların səyi nəticəsində rəqəmsal tullantılar yığınına göndərildi. Elə bil ki, bu xəbərlər heç olmamışdı.
Məsələyə dair marağın ikinci dalğası Trampın Mar-a-Laqoda məxfi sənədlərin ələ keçirilməsini şərh edərkən, FTB agentlərinin sənədlər arasında "Emmanuel Makronun cinsi həyatı" ilə bağlı kəşfiyyat hesabatlarını da götürdüklərini deməsi ilə başladı. Amerikanın hazırkı prezidenti ekstravaqant iddiaları ilə məşhurdur. Bununla belə, amerikalı kəşfiyyatçıların Yelisey sarayının sahibinin şəxsi sirlərindən xəbərdar olduğunu (özü də vergi ödəyicilərinin vəsaitləri hesabına) söyləməyə nə ehtiyac var idi ki?
Tutaq ki, Tramp Makronun şəxsi mənzillərində baş verənlərdən xəbərdardır. Bunun nə əhəmiyyəti var ki?
Bu cür məlumatlar yalnız ilk baxışdan sirli görünə bilər. Əslində, bu daha tez ictimailəşən və daha təhlükəli bir şeydir. Çünki ehtiyatla gizlədilmiş bir sirr siyasi və iqtisadi şantaj üçün ağlasığmaz imkanlar yaradır. Elan edilmiş "kiçik fərq" ilə real "kiçik fərq" arasındakı uyğunsuzluq əbədi Damokl qılıncına çevrilir. Əgər Nataşa Reyin dedikləri və Kendic Ouenin yayımlamağı planlaşdırdıqları (o, gələcək nəşri üçün material almaq üçün Fransaya gəlib) azacıq da olsa reallığa uyğundursa, onda Makronlar nə etməlidir?
Ənənəvi "mətbuatı sevmədiyim üçün prokurora aparıram" üsulu Makronlar üçün səmərəsiz oldu. Çevik Fransız ədliyyə sistemi Nataşa Reyin günahını təsdiqləsə də, kəsdiyi 500 avroluq cəza qeyri-ciddi görünür. Məhkəmənin Bricit Makronun bir qadın olduğunu sübut etməsini madam Makron özü səkkiz min avroya dəyərləndirib. Heç kimin görmədiyi Jan-Mişel Tronyein mənəvi ziyanı isə cavabdeh üçün daha beş min avroya başa gəlib.
Bu "Santa Barbara" Fransanın karantin, təcrid və peyvənd kampaniyası altında saxlanıldığı bir dövrdə baş verib. Bu gün işlər daha pisdir: ölkə büdcəsiz, son 12 ayda dördüncü nazirlər kabineti və zorla tətbiq edilən siyasi məqsədəuyğunluq gündəliyi ilə yaşayır. Təəccüblüdür ki, hələ evlərdə yemək və hətta işıq var. Çünki arvadının qadın olduğunu sübut etmək əvəzinə, prezident seçildiyi vəzifənin daşıyıcısından tələb olunan işləri görsə, fransızlara problemlərinin öhdəsindən gəlməyə kömək etsəydi daha yaxşı, daha dürüst və düzgün olardı. Ehtiyac olanda onları qoruyardı, siyasi iradə tələb olunan yerdə isə asayişi bərpa edərdi.
Bu qədər azad və müstəqil olan, mühafizəkar prinsiplərə ironiya ilə yanaşan, şəxsi həyatında adət-ənənə və qaydaları tanımayan Fransa prezidenti niyə ona ünvanlanan suallara açıq və vicdanla cavab verməsin ki? Yoxsa Makronun gizlətdiyi bir şey var və o, sadəcə qalan simpatizanların da ona olan etibarını itirməsindən qorxur? Amma o maraqlananların ağzını bağlamağa çalışdıqca, prezidentin əsl prezident, onun həyat yoldaşının isə əsl qadın olmasına inamsızlıq daha da artacaq.
*Rusiyada fəaliyyəti qadağan edilib.