Pentaqon Meksika sərhədinə nəzarət üçün hər şeyi edəcək - Müdafiə naziri
28-01-2025, 12:14
Pentaqon əlavə qoşunlar da daxil olmaqla, ABŞ və Meksika arasındakı sərhədə nəzarət etmək üçün bütün lazımi resurslardan yararlanacaq.
Bunu ABŞ-nin yeni müdafiə naziri Pit Heqset deyib.
“Sərhəddə lazım olan hər şey təmin olunacaq", - ABŞ-nin yeni müdafiə naziri jurnalistlərin Pentaqonun sərhədə əlavə qoşun göndərmək niyyətində olub-olmaması ilə bağlı suallarını cavablandırarkən deyib./teleqraf.com