Kliforniya ştatı ABŞ-dən ayrılır? - KAMPANİYA BAŞLADILDI... - ŞOK

28-01-2025, 17:14           
Kliforniya ştatı ABŞ-dən ayrılır? -
Kaliforniyada ştatın ABŞ-dən ayrılması ilə bağlı referendum keçirilməsi üçün imza toplama kampaniyası başladılıb.

"Newsweek" xəbər verir ki, müstəqillik məsələsini səsverməyə çıxarmaq üçün petisiyanın müəllifi Markus Evans 22 iyul 2025-ci ilə qədər qeydə alınmış seçicilərdən 546.651 imza toplamalıdır. Bu, 2022-ci ildə Qubernator Qavin Nyusom üçün verilən ümumi səslərin 5%-ni təşkil edir.

İmzalar toplansa, “Kaliforniya ABŞ-dən ayrılıb azad və müstəqil ölkə olmalıdırmı?” sualı 2028-ci ildə səsverməyə çıxarılacaq. Kaliforniyanın ABŞ-ni tərk etməsi üçün ştatdakı seçicilərin ən azı 55%-i suala “hə” cavabı verməlidir.

Markus Evans Donald Trampın ilk prezidentlik dövründən bəri Kaliforniyanın müstəqilliyini müdafiə edib. O, kampaniyanın adını Brexit-ə istinad edərək "Calexit" adlandırır.

Təşəbbüsün tərəfdarları prezident seçkilərində Respublikaçıların qələbəsini "Kaliforniyanın əhəmiyyət verdiyi hər şeyə hücum" kimi qiymətləndirirlər.

Bununla belə, "Newsweek" qeyd edir ki, Kaliforniyada səsvermənin nəticələri hüquqi qüvvəyə malik olmayacaq və federal hakimiyyət orqanları üçün məcburi olmayacaq. Bundan əlavə, ABŞ Konstitusiyası dövlətlərin ayrılması mexanizmini təmin etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.