İranda Azərbaycan əleyhinə danışan əyalət mollası İSTEFA VERDİ

28-01-2025, 12:22           
İranda Azərbaycan əleyhinə danışan əyalət mollası İSTEFA VERDİ
İranın Qəzvin şəhərinin imam cüməsi istefa verib.

Bu barədə "IRNA" agentliyi məlumat yayıb.

İmam cümə Əbdül Kərim Abedini missiyasının sona çatdığını bildirib. O, 10 ildir İran ali liderinin Qəzvindəki nümayəndəsi kimi çalışdığını deyib və yerinə gələcək şəxsə uğurlar arzulayıb.

O, istefasının səbəblərini açıqlamayıb.

Xatırladaq ki, ötən günİranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.