Senat Pam Bondini ABŞ-ın baş prokuroru vəzifəsinə təsdiqləyib

Bu gün, 15:24           
Senat Pam Bondini ABŞ-ın baş prokuroru vəzifəsinə təsdiqləyib
Senat çərşənbə axşamı Pam Bondini ABŞ-ın baş prokuroru vəzifəsinə təsdiq edib.

Səsvermə, demək olar ki, bütünlüklə partiya xətti ilə olub. Belə ki, yalnız Pensilvaniya ştatından olan Demokrat senator Con Fetterman Respublikaçılara qoşularaq Bondinin namizədliyinin təsdiqlənməsinə səs verib. Səsvermə 54-46 səs fərqi ilə nəticələnib.

Florida ştatının keçmiş baş prokuroru və korporativ lobbiçi Bondinin Trampa qarşı qaldırılan cinayət işlərinə görə prezidentin qəzəbinə tuş gələn Departamentin köklü şəkildə dəyişdirilməsinə nəzarət edəcəyi gözlənilir. Onun nəzarət edəcəyi Federal Təhlükəsizlik Bürosu (FTB) prezidentlə bağlı təhqiqatlarda iştirak edən agentlərin təftişi səbəbilə qarışıqlıq içərisindədir.

Respublikaçılar Bondinin yüksək ixtisaslı lider kimi tərifləyiblər və onun iki ittiham aktı ilə nəticələnən təhqiqatlar yolu ilə Trampı ədalətsiz şəkildə təqib etdiyinə inandıqları bir Departamentə çox lazımlı dəyişiklik gətirəcəyini iddia edirlər.

“Pam Boni Departamenti əsas missiyasına qaytarmağı vəd edib: cinayəti təqib etmək və amerikalıları təhlükəsizlikləri və azadlıqlarına təhdidlərdən qorumaq,” Senatın çoxluq lideri Con Tun deyib.

Ancaq Bondi prezidentliyi dövründə ona sadiqlik vəd etməkdən imtina edən FTB direktorunu işdən çıxaran və özünü Ədliyyə Departamentinin Rusiya və 2016-cı il prezidentlik kampaniyası arasında potensial əlaqələrə dair araşdırmasından uzaqlaşdıran baş prokuroru işdən çıxaran prezidentlə olan yaxın münasibətləri səbəbilə intensiv şəkildə sorğu-suala məruz qalıb.

Bondi Demokratları siyasətin onun qərar qəbul etməsində heç bir rol oynamayacağına inandırmağa çalışsa da, keçən ay təsdiq dinləmələrində Trampın rəqibləri ilə bağlı potensial araşdırmaları istisna etməkdən imtina edib. Və o, Trampın ona qarşı təqiblərin siyasi təqib olduğu barədə iddialarını təkrar edərək, Ədliyyə Departamentinin "illər, illər və illər boyu silahlandırıldığını və buna son qoyulmalı olduğunu" deyib.

Bondinin təsdiqi FTB agentləri Ədliyyə Departamentini 6 yanvar mühakimələrində iştirak edən işçilərin siyahısını hazırlamaq cəhdlərinə görə məhkəməyə verdiyi bir vaxtda təsadüf edir. Belə ki, agentlər bu siyahının kütləvi işdən çıxarılmalara gətirib çıxaracağından narahatdır.

Baş prokurorun müavini vəzifəsini icra edən Emil Bov keçən həftə FTB-nin müvəqqəti direktoruna Trampın "ciddi milli ədalətsizlik" kimi qiymətləndirdiyi 6 yanvar işləri üzərində çalışan bütün FTB işçilərinin adlarını, titullarını və ofislərini təqdim etməyi əmr edib. Administrasiyaya qoşulmadan əvvəl Trampı cinayət işlərində müdafiə edən Bov, Ədliyyə Departamentinin rəsmilərinin "hər hansı əlavə personalla bağlı hər hansı əlavə tədbirlərin görülməsinin zəruri olub-olmadığını müəyyən etmək üçün yoxlama prosesi" həyata keçirəcəyini bildirib.

Ədliyyə Departamenti rəsmiləri həmçinin bu yaxınlarda FTB-nin yüksək səviyyəli icraçılarını, habelə xüsusi prokuror Cek Smitin Trampı araşdıran komandasını və Kolumbiya Mahalında ABŞ prokurorunun ofisində 6 yanvar təhqiqatına yardım etmək üçün işə alınan bir qrup prokuroru işdən çıxarıb.

Bondi təsdiq dinləmələrində dəfələrlə vurğulayıb ki, o, heç kəsi siyasi səblərdən təqib etməyəcək və söz verib ki, onun müştərisi prezident deyil, xalq olacaq. Anacaq onun cavabları zaman-zaman Trampın seçki kampaniyası zamanı siyasiləşmiş ədalət sistemi haqqındakı ritorikasını xatırladıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.