İranın nüvə silahı yaratmaq istəyi ilə bağlı bəyanatlar böyük yalandır - Bəqayi
Bu gün, 16:18
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı yaratması ilə bağlı narahatlığı əsassızdır. İranın nüvə silahı yaratmaq istəyi ilə bağlı bəyanatlar böyük yalandır və bu, dəfələrlə sübut olunub. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı yaratmağa "çox yaxın" olduğunu desə də, ölkə rəhbərliyi ilə təmasları istisna etməyib və hamı ilə yaxşı münasibət qurmaq istədiyini deyib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı yaratması ilə bağlı narahatlığı əsassızdır və İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvüdür və ölkənin Ali Rəhbərinin bu cür silahların yaradılmasını qadağan edən fətvasına (dini göstəriş) əməl edir. Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Tehranın iddia edilən nüvə silahı yaratmaq cəhdləri ilə bağlı İrana təzyiqləri artırmalıdır.