ABŞ miqrantları Quantanamoya gündəlik reyslərlə göndərəcək
Bu gün, 09:24
Məqsəd hər gün tutulan miqrantları Quantanamoya göndərməkdir
ABŞ hakimiyyəti Kubadakı Quantanamo hərbi bazasına qanunsuz miqrantları gündəlik aviareyslərlə göndərməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
İki ABŞ rəsmisi bildirib ki, məqsəd hər gün tutulan miqrantları Quantanamoya göndərməkdir. İndiyədək ABŞ rəsmiləri oraya cəmi iki təyyarə göndərib. Lakin fevralın 7-də əlavə uçuşlar gözlənilir.
Mənbələr həmçinin bildiriblər ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 30 minə yaxın miqrantın saxlanması üçün yerlərin və şəraitin hazırlanmasına nəzarət edir. Bunun üçün nazir Kristi Noem cümə günü Quantanamoya səfər etmək niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Pentaqona və Daxili Təhlükəsizlik Departamentinə ABŞ-ın Quantanamodakı bazasındakı miqrantların saxlanma mərkəzini “tam gücü ilə” genişləndirməyi tapşırmışdı. Sərəncamın mətninə əsasən, Mərkəz “ABŞ-da qeyri-qanuni mövcud olan əcnəbilər arasında ən təhlükəli cinayətkarlar üçün əlavə saxlanma yerləri təmin etməlidir”. Daha əvvəl Ağ Evdə çıxış edən Tramp Quantanamoya 30 minə qədər qeyri-qanuni mühaciri köçürməyi planlaşdırdığını bildirib.
Müəllif: Ayna.az