İsrail orduya fələstinlilərin Qəzzanı tərk etmələri üçün plan tərtib etməyi əmr edib

Bu gün, 17:34           
İsrail orduya fələstinlilərin Qəzzanı tərk etmələri üçün plan tərtib etməyi əmr edib
ABŞ Prezidenti Donald Trampın viran olan Qəzza zolağının idarə olunması ilə bağlı təklif irəli sürməsindən sonra, İsrailin müdafiə naziri İsrail Müdafiə Qüvvələrinə fələstinlilərin Qəzza zolağını tərk etmələri üçün plan tərtib etməyi əmr edib.

“Mən İsrail Müdafiə Qüvvələrinə Qəzza sakinlərinin könüllü getməsinə imkan yaradan plan hazırlamalarına göstəriş vermişəm,” müdafiə naziri İsrail Katz cümə axşamı deyib və əlavə edib ki, “onlar onları qəbul etmək istəyən hər hansı ölkəyə gedə bilərlər.”

Katz bildirib ki, bu plana ərazidən “çıxmaq, quru yolu ilə keçib, habelə dəniz və hava yolu ilə keçid üçün xüsusi tənzimləmələr daxil olacaq.”

Katz, onun sözlərinə görə, Trampın Qəzza sakinlərinin ərazini tərk etmələri üçün “cəsur planını” alqışlayıb. Ərazi İsrailin HƏMAS militantlarını hədəf aldığını quru və hava yolu ilə hücumları səbəbilə viran qalıb.

Tramp cümə axşamı deyib ki, İsrail HƏMAS-la müharibə bitəndən sonra Qəzza zolağına nəzarəti ABŞ-a verməlidir və orada heç bir ABŞ əsgərinə ehtiyac olmayacaq.

Aralıq dənizi sahilində yerləşən dar ərazinin ABŞ-ın nəzarətinə verilməsinə çağıran Tramp “Truth Social”da açıqlama yayıb. O deyib ki, onun planı altında 2 milyondan çox fələstinli “artıq daha təhlükəsiz və daha gözəl, yeni və müasir evlərin olduğu icmalara köçürülmüş olardı.”

Tramp Qəzzanımı, yoxsa hələ də onları qəbul etməyə razı olmayan digər ölkələrimi nəzərdə tutduğunu söyləməyib.

“Onların xoşbəxt, təhlükəsiz və azad olmaq imkanları olardı,” o yazıb.

Bu arada isə HƏMAS cümə axşamı bütün fələstinlik fraksiyalarıı Trampın Qəzzanın nzaərtinin ələ keçirmək planına qarşı birləşməyə çağırıb.

Tramp bu həftənin əvvəlində deyib ki, o, Amerikanın nəzarəti ələ keçirməsini asanlaşdırmaq üçün Qəzzaya ABŞ qoşunları göndərməyi nəzərdən keçirə bilər, amma yeni açıqlamasında bildirib ki, İsrailin torpağı təhvil verməsi ilə “ABŞ-ın əsgərlərinə ehtiyac olmayacaq! Region üçünü sabitlik hökm sürəcək!!!”

Trampın bu həftənin əvvəlində Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirilən mətbuat konfransında açıqladığı Qəzzanın nəzarətə alınması ilə bağlı gözlənilməz planı həm ABŞ-ın müttəfiqləri, həm də rəqibləri tərəfindən qınanıb. Onların çoxu İsraillə yanaşı müstəqil Fələstin dövlətinin yaranmasına sadiq qalır.

İki dövlətli həll yolu uzun müddətdir ki, ABŞ-ın mövqeyi olub, ancaq Netanyahu buna qarşı çıxır.

Qəzza İsraillə HƏMAS arasında 15 aydan çox davam edən döyüşlər nəticəsində dağılıb.

Ancaq Tramp yeni açıqlamalarında deyib ki, “ABŞ bütün dünyadan möhtəşəm inkişad komandaları ilə birlikdə işləyərək, yavaş-yavaş və diqqətlə Yer kürəsində bu cür ən böyük və ən möhtəşəm inkişaflardan birinə çevriləcək yerin tikintisinə başlayacaq.”

Çərşənbə axşamı isə Tramp deyib ki, yenidən inkişad edilən Qəzza “Yaxın Şərqin Rivyerası olacaq.”

Quterreş: Problemi daha da pisləşdirməyin

Trampın təklifi BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla, geniş tənqidlə üzləşib.

“Həll yolları axtararkən fələstinliləri Qəzzadan köçürməklə problemi daha da pisləşdirməməliyik” Quterreş deyib. "Beynəlxalq hüququn təməl prinsiplərinə sadiq qalmaq həyati əhəmiyyət kəsb edir. Etnik təmizləmənin istənilən formasından qaçınmaq vacibdir.”

Əhalinin zorla köçürülməsi beynəlxalq hüquqa əsasən qəti qadağandır və etnik təmizləmə təşkil edə bilər.

Forcibly transferring populations is strictly prohibited under international law and can constitute ethnic cleansing.

Almaniya prezidenti Frank-Uolter Ştaynmayer çərşənbə günü Trampın təkliflərinin “bəzi insanlarda dərin narahatlıq, hətta dəhşət doğurduğunu” və “beynəlxalq hüquq altında qəbuledilməz” olacağını deyib.

22 üzvdən ibarət Ərəb Liqası Trampın planının “qeyri-sabitlik reseptini təmsil etdiyini” və Fələstin dövlətçiliyinin perspektivlərini irəlilətməyəcəyini bildirib.

“Onların evlərinə getmələrinə icazə verilməlidir,” Britaniya Baş naziri Keir Starmer çərşənbə günü deyib.

Trampın Qəzzaya nəzarəti almaq təklifindən sonra Avstraliya, Çin, Almaniya, İrlandiya, Rusiya, Səudiyyə Ərəbistanı və İspaniya iki dövlətli həll yolunu dəstəkləməyə davam etdiklərini bildiriblər.

Fələstinli prezident Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatını “Fələstin xalqını və onun ayrılmaz hüquqlarını qorumağa” çağırıb və Trampın etmək istədiyinin “beynəlxalq hüququn ciddi şəkildə pozulması” olacağını bildirib.

HƏMAS bildirib ki, Trampın Qəzza ilə bağlı təklifi “bölgədə xaos və gərginlik yaratmaq üçün reseptdir. Sionist işğalçı soyqırım və köçkünlük cinayətinə görə məsuliyyət daşımaq əvəzinə, cəzalandırılmır, mükafatlandırılır.”

İsrail və ABŞ-ın terror təşkilatı olaraq təyin etdiyi HƏMAS arasında planlaşdırılmış altı həftəlik atəşkəs çərçivəsində Qəzzada döyüşlər, arabir baş verən pozuntular istisna olmaqla, dayandırılıb.

HƏMAS 2023-cü ilin oktyabrında İsrailə qarşı gözlənilməz hücum edərək müharibəyə səbəb olub. Həmin hücum zamanı militantlar 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb.

Qəzzada səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumları nəticəsində, yarısından çoxu qadın və uşaq olmaqla, 47 500-dən çox insan həlak olub. İsrail ordusu 17 min HƏMAS militantını öldürdüyünü bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.