Tramp Şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil

9-02-2025, 08:44           
Tramp Şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil
ABŞ Prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrinin ölkədən deportasiya olunması ehtimalını istisna edib.

Bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

Mən bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Harrinin həyat yoldaşı ilə kifayət qədər problemi var. Qadın dözülməzdir", - Tramp bildirib.

Marqaret Tetçer adına mərkəzin analitiki Nayl Qardiner daha əvvəl müsahibəsində Harrinin yaxın aylarda deportasiya ediləcəyini deyib.

Britaniya şahzadəsinin viza məsələsi onun "Spare" avtobioqrafiyasının dərc olunmasından sonra yenidən aktuallaşıb. Kitabda o, yeniyetmə yaşlarında kokain istifadə etdiyini etiraf edib.

2024-cü ilin mart ayında Tramp söyləyib ki, əgər Harrinin vizası qanunsuz əldə edilibsə, o, arzuolunmaz nəticələrlə üzləşə bilər.

Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru