Almaniyada 200 min nəfər etiraza qalxdı

9-02-2025, 12:14           
Almaniyada 200 min nəfər etiraza qalxdı
Almaniyada ifrat sağçılara qarşı etirazlar ötən həftə olduğu kimi, bu həftəsonunda da davam etdirilib.

TEREF Modern.az-a istinadən xəbər verir ki, ifrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münxendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.

Bənzər mitinqlər Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverdə də təşkil olunub.

Xatırladaq ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.