Elon Maskın ABŞ federal hökumətində əsaslı dəyişikliklər etməsinə icazə verilməlidirmi?
Bu gün, 17:34
![Elon Maskın ABŞ federal hökumətində əsaslı dəyişikliklər etməsinə icazə verilməlidirmi?](/uploads/posts/2025-02/1739220572_1.jpg)
Prezident Donald Trampın ABŞ dövlət qurumlarında sürətli dəyişikliklər etmək üçün təyin etdiyi əsas şəxs SpaceX şirkətinin baş icraçı direktoru Elon Maskdır. Konqresdəki Demokratlar Trampın dəstəklədiyi multimilyarderin federal hökumətin xərclərini azaltmaq cəhdinin yanlış olduğunu deyirlər. Amerikanın Səsinin müxbiri Mişel Quinn Elon Maskın Vaşinqtonda etdiklərinə nəzər salır.
Bu həftə Vaşinqtonda federal agentliyin qarşısında keçirilən etiraz aksiyasında diqqət ABŞ hökumətinin kiçildilməsi üçün prezident Donald Trampın təyin etdiyi Elon Maskın işinə yönəldilib.
Demokrat senator Kris Mörfi: “Amerika Birləşmiş Ştatlarını necə müdafiə etdiyimizə xalq qərar verəcək. Vergi ödəyicilərinin pullarının necə xərcləndiyinə insanlar qərar verirlər. Buna Elon Mask qərar verə bilməz”.
Mask dünyanın ən zəngin insanı və elektrik avtomobil şirkəti Tesla və aerokosmik şirkət SpaceX-in baş icraçı direktorudur. O, başqa şirkətlərə, o cümlədən əvvəllər Twitter kimi tanınan X sosial media platformasına da sahibdir.
Prezidentin inaqruasiyasından sonra yeni yaradılmış Hökumət Səmərəliliyi Departamentinin (DOGE) lideri kimi Mask onun və prezident Trampın bahalı hesab etdikləri federal proqramları ixtisar etmək üçün işə başlayıb.
Elon Maskın komandası Maliyyə nazirliyinin ödəniş sistemlərinə giriş əldə edib və 100-dən çox ölkəyə humanitar və digər yardımlar göstərən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID) nəzarət etməyə cəhd edib. Bu həftə Vaşinqtonda məhz həmin yerdə etiraz aksiyası baş tutub.
Don Beyer, Demokrat konqresmen: “Prezident Tramp korrupsiyalaşmış milyarder dostu Elon Maska ABŞ hökumətinin mühüm qurumunu ələ keçirməyi tapşırıb”.
Bununla belə, Tramp Elon Maska dəstəyini bir daha ifadə edib.
Prezident Donald Tramp: “O buna çox ciddi yanaşır və mən heyran oldum, çünki o, bəllidir ki, böyük bir şirkəti idarə edir.”
Elon Musk USAID-də gördükləri şeylərin xilas edilə bilməyəcəyini deyib.
Elon Mask X səhifəsində bildirib: “USAİD-i daha dərindən araşdırdıqca burada içində qurd olan alma deyil, əslində bir top qurd olduğu məlum oldu”.
Konqresdəki Demokratlar bunu mübahisələndirir və SpaceX-in federal hökumətlə müqavilələri olduğu nəzərə alınsa, Maskın bu qədər gücə malik olmasının, xüsusilə də hesabatlılıq və nəzarətin az olmasının yanlış olduğunu deyirlər.
Demokrat senator Patti Murray: “Geniş maraqlar toqquşması, Çinlə dərin əlaqələri olan və güman edilən düşmənlərə qarşı şəxsi məqsədləri olan seçilməmiş, cavabdehlik daşımayan milyarder ölkəmizin ən həssas maliyyə məlumat sistemlərini ələ keçirir.”
Lakin Tramp deyir ki, Ağ Ev Maskın işinə lazımi nəzarəti təmin edir.
Prezident Donald Trump: “Bir münaqişənin və ya problemin olduğunu düşündüyümüz yerdə ona yaxınlaşmağa imkan verməyəcəyik. Biz hökuməti kiçiltməyə çalışırıq və o, yəqin ki, bu işi daha yaxşı edə bilər.”
“Xüsusi dövlət işçisi” kimi Maska ildə 130 gündən çox işləməyə icazə verilir.