ABŞ-ın hərbi gəmisi Yəmən istiqamətindən yenə raket atəşinə tutulub

13-10-2016, 00:39           
ABŞ-ın hərbi gəmisi Yəmən istiqamətindən yenə raket atəşinə tutulub
Yəmən sahillərində fəaliyyət göstərən ABŞ-ın "USS Mason" esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi "USS Ponce" yenidən raket atəşinə tutulub.
"Report" TASSa istinadən xəbər verir ki, atəş Yəmənin qiyamçı husilərin nəzarəti altında olan ərazisindən açılıb.
İnformasiyaya əsasən, gəmilər və şəxsi heyət xəsarət almayıb.
"ABŞ gəmisi Qırmızı dənizin Yəmənə aid sahilində olarkən yaxınlaşan iki raket qeydə alınıb. Hər iki raket gəmiyə çatmamış suya düşüb. Bununla belə esminesdən müdafiə atəşi atılıb", - deyə, ABŞ Müdafiə Nazirliyinin təmsiolçisi Ceff Devis bildirib.
Məlumata görə, oxşar hadisə oktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.