Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır

Bu gün, 10:22           
Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır
ABŞ-nin "Coca-Cola" içki istehsalçısı Birləşmiş Ştatların Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər ucbatından alüminiumun bahalaşması halında içkinin plastik şüşələrdə buraxılmasının artırılması ehtimalının olduğunu bildirib

"The Guardian" qəzeti xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

Onun sözlərinə görə, şirkət bankalar üçün alüminiumu Kanadadan idxal edir və buna görə də qiymət artımı problemini həll etməkdən ötrü yollar axtarmağa məcbur olacaq:

"Əgər alüminium bankalar bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik".

Xatırladaq ki, D.Tramp bazar ertəsi xaricdən ölkəyə polad və alüminiumun idxalına 25 faiz həcmində gömrük rüsumu tətbiq etməyi tapşırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.