Marsdan effektiv kadrlar: RƏNGARƏNG buludların görüntüsü əldə olundu

13-02-2025, 15:28           
Marsdan effektiv kadrlar: RƏNGARƏNG buludların görüntüsü əldə olundu
Qırmızı planetin səmasında buludların effektiv görüntüləri əldə olunub. Kadrlar "Curiosity" marsoxodu tərəfindən qeydə alınaraq Yerə göndərilib.

Oxu.Az-ın verdiyi məlumata görə, "Mastcam"ın əsas kamerası ilə çəkilən foto "Geophysical Research Letters" (GRL) jurnalında dərc olunub.

Kadrlarda nadir bir fenomen - gün batımında günəş işığının səpilməsi ilə qırmızı və yaşıl rəngə boyanmış parlayan buludlar əks olunub. Bu buludlar buzdan ibarətdir, daha yüksək və soyuq hündürlüklərdə isə karbon qazından təşkil olunub. Buludlara gözəl göy qurşağı parıltısını karbon dioksid verir.


Belə buludlar 60-80 kilometr hündürlükdə əmələ gəlir. Orada temperatur daha aşağı olduğundan, hündürlük 50 kilometrə düşəndə ​​buxarlanmır.

Belə buludları müşahidə etmək alimlərə Mars atmosferində baş verən prosesləri anlamağa kömək edir. Ancaq belə buludların niyə yalnız bəzi bölgələrdə görünməsi sirr olaraq qalır.

Qeyd edilir ki, "Curiosity" Marsın kəşfiyyatını davam etdirir. O, bu yaxınlarda "Gediz Uollis" kanalının kəşfiyyatını tamamlayacaq. Növbəti hədəf qrunt sularının yaratdığı nəhəng hörümçək toruna bənzəyən qeyri-adi geoloji strukturlara malik ərazidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru