Avropadan Rusiyaya daha bir sanksiya – Qara siyahı

13-10-2016, 14:32           
Avropadan Rusiyaya daha bir sanksiya – Qara siyahı
Avropa Birliyi ölkələri Suriyadakı situasiyaya görə Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, “Faynənşıl Tayms” bu işdə xüsusilə Böyük Britaniya, Fransa, Almaniya diplomatlarının aktivlik nümayiş etdirdiyini bildirib. İlkin ehtimala görə, birinci mərhələdə 32 nəfərin adı sanksiyalar paketinə salınacaq. Bunlardan 12-si Rusiya, 20-si Suriya vətəndaşı olacaq.

Yüksək vəzifəli şəxslərin də qara siyahıya salınanlar sırasında yer alacağı bildirilir.

Qeyd edək ki, AB indiyə qədər Rusiyanın 200 fiziki, 70 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru