ABŞ-də yumurtanın qiyməti son 10 ilin rekorduna çatdı

14-02-2025, 11:34           
ABŞ-də yumurtanın qiyməti son 10 ilin rekorduna çatdı
Ötən ay ABŞ-də yumurta qiymətləri əvvəlki ayla müqayisədə 15,2% bahalaşıb.
Bu barədə "MarketWatch" saytı məlumat yayıb.

Beləliklə, yumurtanın qiyməti 2015-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə yumurta qiymətləri quş qripinin ölkə üzrə yayılması fonunda 53% artıb.

Bəzi ərzaq mağazaları müştərinin ala biləcəyi yumurta sayına məhdudiyyətlər qoymağa başlayıb.

Məlumata görə, 12 ədəd yumurtanın topdansatış qiyməti keçən həftə 7,34 dollar təşkil edib ki, bu da ötən ilki səviyyədən üç dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru