Tramp Avropa İttifaqını dağıtmaq istəyir?

Bu gün, 12:34           
Tramp Avropa İttifaqını dağıtmaq istəyir?
"ABŞ-nin vitse-prezidenti Cey-Di Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Donald Tramp administrasiyasının Avropa İttifaqını (Aİ) dağıtmaq niyyətində olduğunu bir daha təsdiqləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində yazıb.

"Tramp administrasiyasının Aİ-ni dağıtmaq istədiyinin təsdiqini aldıq! O, bilir ki, Aİ dərin dövlət, korrupsiya və müharibə yuvasıdır!" – deyə Filippo qeyd edib.

Fransalı siyasətçi xatırladıb ki, Vens Almaniya hökumətini "Almaniya üçün Alternativ" (AfD) partiyası ilə əməkdaşlıq etməyə, ona hakimiyyət verməyə və alman xalqının fikirlərini dinləməyə çağırıb.

Filipponun sözlərinə görə, AfD Almaniyanı Aİ-dən kənarda görmək istəyir. Buna görə də Tramp və komandası bu partiyanı dəstəkləyərək Avropa ölkələrinin milli suverenliyini möhkəmləndirməyə çalışır və nəticədə Aİ-ni məhv etmək niyyətini güdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.