Meksika Prezidenti Google şirkətinə xəbərdarlıq etdi

18-02-2025, 16:34           
Meksika Prezidenti Google şirkətinə xəbərdarlıq etdi
Meksika hakimiyyəti "Google" şirkətinin "Amerika Körfəzi" adından istifadəyə davam etməsi halında məhkəməyə müraciət edəcək.
"RIA Novosti" xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeinbaum bildirib.

O vurğulayıb ki, ABŞ öz kontinental şelfi ilə bağlı fərman qəbul edib, lakin Google-un Meksika və Kuba üçün toponimləri dəyişdirmək hüququ yoxdur.

Fevralın 11-də "Google" rəsmi olaraq "Meksika Körfəzi"nin adını dəyişdirərək "Amerika Körfəzi" adlandırmağa başladığını və ABŞ-dəki istifadəçilərin artıq bu yeniliyi görə biləcəyini açıqlamışdı.

Daha sonra "Apple" da Google-un ardınca öz xəritələrində "Meksika Körfəzi"nin adını "Amerika Körfəzi" olaraq dəyişdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru