Məhəmməd bin Salman ABŞ-nin dövlət katibi ilə görüşdü - VİDEO

18-02-2025, 11:44           
Məhəmməd bin Salman ABŞ-nin dövlət katibi ilə görüşdü - VİDEO
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ər-Riyadda ABŞ-nin dövlət katibi Marko Rübio ilə görüşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "SPA" məlumat yayıb.

Görüşün detalları açıqlanmayıb. Bundan əvvəl ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan ilə də görüş keçirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində verdiyi məlumata görə, Rübio və şahzadə ikitərəfli əlaqələri müzakirə edib, həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların necə aparılacağını müəyyənləşdirməlidirlər, çünki hələlik ABŞ tərəfindən əsas danışıqlar aparan şəxs təyin olunmayıb. Uşakov əlavə edib ki, Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşündə Ukrayna böhranı ilə bağlı ikitərəfli danışıqların perspektivləri müzakirə olunacaq.
VİDEO:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru